Keçmiş ulduzu “Qarabağ”ı bu sözləriylə narahat etdi

12 Avqust 2020 00:42 Qarabağ 1 598
Keçmiş ulduzu “Qarabağ”ı bu sözləriylə narahat etdi

“Təsnifatın bu mərhələsində bir oyun olacaq. Bu səbəbdən də bəzi komandalar üçün çətin matçların olması mütləqdir”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Artim Şakiri deyib.

Şakiri 2008/09 mövsümündə Ağdam klubunun formasını geyinib. Şimali Makedoniya millisinin sabiq üzvü Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib.

O, Azərbaycan çempionu “Qarabağ”ı Şimali Makedoniya təmsilçisi “Sileks”lə dueldə aşkar favorit sayır: “Mən düşünürəm ki, “Qarabağ” “Sileks”ə qalib gələcək. Görüş Bakıda keçiriləcək. Bu da “Sileks” üçün mənfi məqamdır. İstənilən halda, “Qarabağ” aşkar favoritdir. Amma futbolda sürprizlər çox olur”

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı