Matiç “Qarabağ”da qol hesabını açdı, revanş alındı

11 Avqust 2020 22:00 Qarabağ 1 133
Matiç “Qarabağ”da qol hesabını açdı, revanş alındı

Təlim-məşq toplanışını davam etdirən “Qarabağ”la “Sabah” bu gün növbəti yoxlama görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, son çempionla paytaxt klubu bu dəfə Bakıda üz-üzə gəlib.

İyulun 25-də Qəbələdə keçirilən görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olan ağdamlılar bu dəfə revanşı alıblar. “Azersun Arena”da baş tutan matçda Qurban Qurbanovun yetirmələri iki cavabsız qolla qalib gəliblər.

Yeni transfer Uroş Matiç ilk hissədə penaltidən hesabı açıbsa, fasilədən sonra Mahir Emreli fərqi 2 topa çatdırıb - 2:0. Bununla "Sabah" mövsümlərarası fasilədəki yoxlama görüşlərində ilk məğlubiyyətini alıb.

“Sabah” toplanış çərçivəsində buna qədər keçirdiyi yoxlama görüşlərinin hamısında qələbə qazanıb – “Sumqayıt” (1:0), “Neftçi” (5:2), “Qəbələ” (2:0). “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) üstələyib.

“Qarabağ” – “Sabah” 2:0
Qollar: Uroş Matiç (pen.), Mahir Emreli
“Azersun Arena”

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!