FOTO - "Qarabağ" Qurban Qurbanova bu cür qiymət verdi

11 Avqust 2020 13:54 Qarabağ 898
FOTO - "Qarabağ" Qurban Qurbanova bu cür qiymət verdi

Qurban Qurbanovun “Qarabağ”da baş məşqçi kimi debütündən 12 il keçir.

Ssportinfo.az xəbər verir ki, Ağdam klubu “facebook” səhifəsində bununla əlaqədar paylaşım edib.

Belə ki, 48 yaşlı mütəxəssis Ağdam klubunu ilk dəfə 2008-ci ildə, avqustun 9-da meydana çıxarıb. “Köhlən atlar”” Qurbanovun rəhbərliyi ilə keçirdiyi ilk oyunda “Bakılı”nı 2:1 hesabı ilə məğlub edib.

“Qarabağ” Qurban Qurbanovun dönəmində 7 dəfə Azərbaycan çempionu olub, 4 dəfə isə ölkə kubokunu qazanıb. Ağdamlılar bu müddətdə 5 dəfə Avropa Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

2008-ci ilin bugünlərində Rasim Karanın "Xəzər Lənkəran"a qəfil və gözlənilməz gedişindən sonra "Qarabağ" boş qalmış baş məşqçi vəzifəsinə 36 yaşlı Qurban Qurbanovu gətirir.

2018/19 mövsümünün sonu Ağdam klubu Azərbaycan kubokunu qazanır və demək olar ki, həmin vaxtdan başlayaraq Q.Qurbanov məhdud imkanlarla Azərbaycan futbolu üçün boyük uğur hesab olunacaq qələbələrin əsasını qoyur.

2009-cu ildə "Qarabağ" sensasiyaya imza ataraq Avropa Liqasında pley-off mərhələsinə kimi gələ bilir. Bu uğur hətta ölkə prezidenti İlham Əliyevin də diqqətini çəkir, o, şəxsən Qurban Qurbanova zəng edərək onu qələbə münasibəti ilə təbrik edir.

Sonrakı illərdə "Qarabağ" Qurban Qurbanovun rəhbərliyi ilə futbol tariximizdə daha yüksək nailiyyətlərə imza atır. Müxfəlif illərdə 5 dəfə Avropa Liqasının qrupunda oynayan Ağdam təmsilçisi 2017-ci ildə futbol tariximizin ən böyük uğurunu qazanır. Qurban Qurbanov "Qarabağ"ı UEFA Çempionlar Liqasının qrupuna çıxarır.

Onun daha bir yüksək göstəricisi isə budur ki, "Qarabağ" Q.Qurbanovun rəhbərliyi ilə dalbadal 7 dəfə Azərbaycan Premyer Liqasının qalibi olub. Bu, futbol tariximizdə həm bir məşqçi, həm də bir klub üçün mütləq rekorddur.

İdman jurnalistləri arasında keçirilən sorğuların nəticələrinə əsasən, Q.Qurbanov son 11 ildə Azərbaycanın ən yaxşı futbol məşqçisi olub.

O, həmçinin bir klubumuzda ən uzun müddətdir işləyən yeganə baş məşqçidir.

Digər Xəbərlər
Xəbər Lenti