"Gözlənilməz bir şey olmayacaq, hər şey aydındır”

11 Avqust 2020 12:30 Qarabağ 657
"Gözlənilməz bir şey olmayacaq, hər şey aydındır”

“Sileks” mənim əvvəlki komandamdır. Mən “Spartak”a oradan getmişəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq futbolçusu İqor Mitreski deyib.

Şimali Makedoniya millisinin sabiq müdafiəçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. Mitreski Azərbaycan çempionu “Qarabağ”ın Şimali Makedoniya təmsilçisi “Sileks”lə duelə barədə də danışıb:

“Qarabağ” “Sileks”dən güclüdür. Düşünürəm ki, gözlənilməz bir şey olmayacaq. “Sileks”də bir neçə yığma səviyyəli oyunçu var. Digərləri isə daha gənc futbolçulardır. Bu matçda hər şey aydındır” (azerisport.com).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!