"Qarabağ" avqustun 18-də, saat 20:00-da…

10 Avqust 2020 12:58 Qarabağ 1 771
"Qarabağ" avqustun 18-də, saat 20:00-da…

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"i ilə keçirəcəyi oyunun tarixi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma, böyük ehtimalla, avqustun 18-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacağını söyləyib.

Son qərar yaxıın günlərdə UEFA tərəfindən açıqlanacaq.

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqustda baş tutacaq. Pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq.

Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək.

Digər Xəbərlər
Xəbər Lenti