"Qarabağ"a bu qollarla 6 mesaj göndərdilər - VİDEO

10 Avqust 2020 09:14 Qarabağ 829
"Qarabağ"a bu qollarla 6 mesaj göndərdilər - VİDEO

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a rəqib olacaq "Sileks" Şimalı Makedoniya liqasında ilk tur matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Kratovo təmsilçisi "Belasitsa"nın qonağı olub.

Görüş "Sileks"in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. Qolların hamısı ikinci hissədə vurulub. İvan İvanovski 47-ci, Pepi Georgiyev 59-cu, Denis Ristov 70-ci və 84-cü, Stefan Curiç 88-ci və Kristiyan Kostovski 90+2-ci dəqiqədə fərqlənib.

"Qarabağ" "Sileks"lə avqustun 18-də və ya 19-da Bakıda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!