Prosineçki "Qarabağ"dan 2 futbolçuya da "göz qırpdı"

2 Avqust 2020 22:20 Qarabağ 2 288
Prosineçki "Qarabağ"dan 2 futbolçuya da "göz qırpdı"

Robert Prositneçki gözünü yenə Azərbaycandan tanıdığı futbolçulara dikib.

Bunu belə də başa düşmək olar: münasibət var, üstəlik, qiymətlər də aşağıdır.

2014-2018-ci illər aralığında millimizi çalıışdırmış xorvatiyalı «Kayserispor»a ucuz simalar axtarır. Türkiyə Futbol Federasiyası tərəfindən Super Liqada saxlanılan klubun imkanları aşağı, borcu çoxdur. Bu durumda yeni transferlər etmək çox çətindir.

Balkanlı mütəxəssisin ilk cəhdi uğursuzluqla nəticələnib. «Sabah»la müqaviləsinin müddətini 1 il uzadan Ramil Şeydayev ikinci dəfə Türkiyəyə yollanmayıb.

2016-cıı ildə «Zenit»dən «Trabzonspor»a keçən hücumçu Kayserinin eyniadlıı təmsilçisinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə gücünün çatmayacağından ehtiyatlanıb və növbəti mövsüm daha iddialı olacağı şübhə doğurmayan «Sabah»la uğur qazanmağı və avrokuboklara getməyi üstün tutub.

O, Prosineçkinin dəvət göndərdiyi yeganə milli üzvü deyil. Xorvatiyalı daha iki həmyerlimizə təklif götürüb. Və hər ikisi «Qarabağ»dan – Mahir Emreli və Bədavi Hüseynov.

Onların Ağdam klubu ilə müqaviləsi davam edir. Bədavidən fərqli olaraq, Mahir Super Liqaya getməyə həvəslidir. Sadəcə, Çempionlar Liqasına hazırlaşan «Qarabağ»ın aparıcı hücumçusu ilə vidalaşması inandırıcı görünmür.

Azərbaycan çempionu avrokuboklarla erkən vidalaşsa, bəlkə onda Qurban Qurbanov 23 yaşlı forvardın ayrılmasına icazə verdi. Heç bu da ağlabatan deyil.

Mahir Qurbanovun sevimli futbolçusudur, illərdir üstündə əsir, onu asanlıqla itirmək istəməz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti