"Qarabağ"a məğlubiyyət bizi radikal qərarlara məcbur etdi"

30 İyul 2020 11:34 Qarabağ 1 265
"Qarabağ"a məğlubiyyət bizi radikal qərarlara məcbur etdi"

Kipr APOEL-inin prezidenti Prodromos Petridis komandasının 2019/2020 mövsümündə avrokuboklardakı çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, sponsorlarla görüşdə UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində "Qarabağ"la Nikosiyada keçirdikləri oyunu da xatırlayıb.

Başqan bildirib ki, 1:2 hesabı ilə uduzduqları matçda gördükləri onu qane etməyib: "Evdə "Qarabağ"a məğlubiyyət bizi radikal qərarlar verməyə məcbur etdi. Həmin vaxt Tomas Dolla danışdıq.

O isə etimadı doğrultdu və "Qarabağ"la cavab oyununda şansları lehimizə çevirdi. Səfərdə 2:0 hesablı qələbə sayəsində tariximizdə 8-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandıq".

APOEL ötən mövsüm 4 dəfə "Qarabağ"la üz-üzə gəlib. Bunların yarısı ÇL-in III təsnifat mərhələsinə, yarısı Avropa Liqasının qrup mərhələsinə təsadüf edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı