"Qarabağ"ın imtina etdiyi müdafiəçi Yunanstıan klubunda?

29 İyul 2020 20:40 Qarabağ 1 082
"Qarabağ"ın imtina etdiyi müdafiəçi Yunanstıan klubunda?

2019/2020 mövsümünü icarə əsasında "Qarabağ"da keçirən Ailton Silva karyerasını Yunanıstanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, müqavilə ilə Almaniya "Ştutqart"ına məxsus braziliyalı sol cinah müdafiəçisi "Aris"in maraq dairəsinə düşüb.

Macarıstanlı Mihay Korhutla vidalaşan Superliqa təmsilçisi onun boşluğunu məhz Ailtonla doldurmaq niyyətindədir.

25 yaşlı Ailton Silva ötən mövsüm "Qarabağ"ın heyətində 28 oyunda meydana çıxıb. O, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti