"Qarabağ"daha bir TRANSFER ÇALIŞMASI – SON DƏQİQƏ

29 İyul 2020 15:46 Qarabağ 3 069
"Qarabağ"daha bir TRANSFER ÇALIŞMASI – SON DƏQİQƏ

Son olaraq "Kopenhagen"dən Uros Matiçi heyətinə qatan "Qarabağ" daha bir transfer əməliyyatıı həyata keçirməyə hazırlaşır.

Sportinfo.az-ıın məlumatna görə, Azərbaycan çempionu yepnə ölkə xaricinə üz tutub.

Qurban Qurbanovun gücləndirmək istədiyi mövqe yarımmüdafiə xəttidir. Baş məşqçinin maraq dairəsinə düşən 3 əcnəbi futbolçu ilə danışıqlar paralel olaraq danışıqlar davam etdirilir. Hansı biri ilə görüşmələr tez başa çatdırılsa, o da Azərbaycana dəvət olunacaq.

"Qarabağ" yay transfer bazarının gperidə qalan hissəsində 3 legionerlə güclənib. Uros Matiçlə yanaşı, Kevin Medina ("Çaves", Portuqaliya) transfer olunub. Həmçinin Vild-Donald Gerye 1 ildən sonra "Neftçi"dən geri qayıdıb.

Yerlilərə gəlincə, icarə müddəti bitən 3 futbolçu hazırda Qurbanovun sərəncamındadır. Bunlar "Zirə"dən Nicat Süleymanov, "Səbail"dən Ruslan Hacıyev və "Sumqayıt"dan Elvin Cəfərquliyevdir.

Ayrıca Emil Balayevi də qeyd edək. Son mövsümün 4 ayını "Zirə"də keçirən qapıçı da 4 il öncə ayrıldığı "Qarabağ"a dönüb.

Digər Xəbərlər
Xəbər Lenti