Gündüz Abbaszadə: "Bu, sadəcə, 2-3 dığanın təxribat cəhdidir"

28 İyul 2020 23:20 Qarabağ 1 171
Gündüz Abbaszadə: "Bu, sadəcə, 2-3 dığanın təxribat cəhdidir"

"Bu məsələdə mən insanların həssaslığını başa düşürəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasıında tanınmış telejurnalist Gündüz Abbaszadə deyib.

O, Uroş Matiçin "Qarabağ"a transferindən sonra sosial şəbəkələrdə yayılan fotonun təsadüfən üzə çıxmadığını bildirib.

Söhbət serbiyalıı futbolçunun böyük qardaqıı Nemanya Matiçin İrəvanda çəkdirdiyi bir şəkildən gedir. Hansı ki, o, burada bir neçə erməninin əhatəsinə düşərək, üzərində təxribat xarakterli yazı olan əski parçasıyla fotokameraya tuş gəlib.

Bu şəkilin tarixçəsini bilən G.Abbaszadəni dinləyək: "Hazırda elə dönəmdəyik ki, verilən reaksiya başdüşüləndir. .Çox gözəl başa düşürəm.

Məsələnin məğzindən xəbərdar olmasam, əmin olsam ki, bu, Nemanya Matiçin mövqeyidir, mən də məsələyə belə həssaslıqla yanaşardım. Amma başverənlərdən xəbərdar olduğum üçün əminəm ki, bu, Matiçin mövqeyi deyil.

6 il əvvəli çox yaxşı xatırlayaraq bunu deyirəm. Məsələnin məğzini biləndən sonra anlayırsan ki, bu futbolçunun mövqeyi deyil və sadəcə, 2-3 dığanın təxribat cəhdidir".

Digər Xəbərlər
Xəbər Lenti