"Qarabağ" transferim üçün hər şeyi etdi, məmnunam"

27 İyul 2020 13:54 Qarabağ 598
"Qarabağ" transferim üçün hər şeyi etdi, məmnunam"

"Bu komandada olmaqdan məmnunam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın yeni transferi Uroş Matiç "Telegraf.sr" saytına açıqlamasında deyib.

Makedoniya əsilli serbiyalı yarımmüdafiəçi bildirib ki, Ağdam klubundan konkret təklif gəldiyi üçün bu komandaya keçməyə razılıq verib: "Qarabağ" transferim üçün hər şeyi etdi. Mənə daha böyük diqqət göstərdilər".

"Qarabağ" Danimarkanın "Kopenhagen" klubundan transfer etdiyi Uroş Matiçlə 2+1 illik müqavilə bağlayıb. Klub barədə də danışan 30 yaşlı oyunçu "Qarabağ"ın yaxşı təşkilatlanmış kollektiv olduğunu söyləyib:

"Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həm çempionatda, həm də avrokuboklarda yaxşı nəticələrimiz olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!