"Qurban Qurbanov "Qarabağ"dan hara getsə…"

27 İyul 2020 12:58 Qarabağ 1 510
"Qurban Qurbanov "Qarabağ"dan hara getsə…"

«Hatayspor»un idman direktoru Fatih kavlak Sportinfo.az-ın suallarını cavablandırıb.

- Vaxtilə «Hatayspor»un baş məşqçisi olmusuz. Bir müddət əvvəl isə kluba ikinci qayıtdız. Bu dəfə tamam fərqli vəzifəyə. İndiki işiniz necə gedir?

- Mən «Hatayspor»da 2016-cı ildə baş məşqçi olaraq çalışmağa başlamışam. 20 həftəyə qədər burada komandanın başında olmuşam. O zaman klub fərqli bir durumda idi, yenilənməyə doğru gedirdi. Görəvə gələn idarəçilərlə birlikdə «Hatayspor»u yenidən formalaşdırmağa başladıq. Ondan sonra düzgün bir təməl qurduq və bu, məqsədyönlü fəaliyyət, yeni gələn məşqçi və futbolçular sayəsində Super Liqaya vəsiqə qazanmağa qədər davam etdi. Həmin müddətdə gördüyümüz professional iş, yaratdığımız dostluq münasibətləri «Hatayspor»u təkrar qarşıma çıxartdı. Klub idarəçiləri mənimlə təkrar çalışmaq istədiklərini bildirdilər. Mən də dörd-beş ay öncə bura qayıtdım. Klubun uşaq futbol akademiyasını incələdim, bəzi işlər gördüm. Sezon bitəndən sonra rəhbərlik başqa bir istiqamət barədə düşündü və mən idman direktoru olaraq görəvləndirildim. Yeni səlahiyyətlərimə həm əsas komanda, həm də akademiya daxildir. Onları bir yerdə koordinasiya edirəm. Nə işlər görüləcəyini planlaşdırmaq mənə tapşırılıb.

- Qurban Qurbanovun «Hatayspor»dan təklif alması xəbəri son bir həftənin ən çox danışılan mövzusudur, Əksəriyyət bu cür düşünür ki, bu, sizin təqdimatınız əsasında olub. Hər halda «Qarabağ»da bir yerdə fəaliyyət göstərmisimz. Həqiqətənmi onun namizədliyini siz irəli sürmüsüz?
- Bayaq qeyd etdiyim kimi, mən bura başdan idman direktoru olaraq dəvət almamışdım. Birinci liqada sezonun başa çatmasına 1 tur qalmış, komanda çempion olandan sonra yönətim mənə bu vəzifəni tapşırdı, ümumi vəziyyətlə bağlı raport hazırlamağımı istədi. Mehmet Altıparmaq görəvinə davam edirdi, ancaq kontraktında bir dəyərləndirmə maddəsi vardı. Bilirsiz, idman direktoru klubun fəaliyyətinə məsul şəxs deməkdir. Bu fəaliyyət sahəsində baş məşqçi də var, futbolçu da var, akademiyada çalışanlar da var. Bunların seçilməsində ən güvəniləcək şəxs idman direktorudur. Qurban Qurbanovun «Hatayspor»dan dəvət almasından təbii bir şey ola bilməz. Çünki Qurban hocayla «Qarabağ»da bərabər çalışmışam. Klub rəhbərliyinin onunla işləmək istəməsi normaldır. Türkiyə mediasında başqa isimlər də dolaşır. Qurban hocanı mənim «Hatayspor» yönətiiminə deməyim haqda xəbərlərin çıxmasına təəccüblənməyin. İdman direktoru olmağımı eşidən istənilən azərbaycanlı belə düşünəcək ki, Qurban hocanı mən təklif etmişəm. Konkret bu məsələyə gəlsək, Qarabağ mövzusunda Azərbaycanın düşdüyü vəziyyət hər kəsə məlumdur. Ümid edirəm ki, Qurbanov «Qarabağ» yenə Çempionlar Liqasında uğurlar qazanaraq, Azərbaycanın adını ucaldacaq. Biz hər zaman birgə çalışa bilərik, problem deyil. Onun kimi insanla hər zaman və hər yerdə çalışimağa dəyər. Qurban hoca «Qarabağ»dan hara getsə, yenə çox başarılı olacaq. Bu gün yenə orada qalması önəmlidir.

- Klubunuzun prezidenti Nihat Tazearslan bildirib ki, o, Qarabağdakı mövcud vəziyyətə görə «Qarabağ»ı tərk etmək istəmir.
- Biz ona təklif göndərə bilmədik, belə bir imkanımız olmadı. Çünki «Qarabağ»ın Çempionlar Liqasında iştirakına çox az qalıb. Biz də «Hatayspor» olaraq, vəziyyəti düzgün qiymətləndirdik. Mən bu klubun idman direpktoru kimi onun nə qədər gözəl məşqçi və insan olmasını bilirəm. İstədik Qurban hocaya təklif göndərək, ancaq bundan irəli gedə bilmədik. Bu, jzaman olaraq heç uyğun deyildi. Ona görə də məsələ olduğu yerdə qaldı.

- «Hatayspor»un Qurbanova etliyi təklifin şərtlərindən çox danışılır. Düşünürük ki, bu barədə daha dolğun məlumatı sizdən ala bilərik.
- Qurban Qurbanov haqda raport hazırlayandan sonra klub rəhbərliyi araşdırma apardı, çox yüksək fikirdə oldular. Burada da təəccüblü nəsə görmürəm. Mən onu dünyanın harasına gedirsə getsin, uğur qazanacaq biri kimi görürəm. Maddi şərtlərə gəlnincə, mənim bu barədə deyəcək sözüm yoxdur.

- Bildiyimizə görə, klubun öndə gələn isimləri Qurbanovu görəvə gətirmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan və ona yaxıın çevrədən kömək istəyib. Yəni ki, iki ölkənin rəsmi dairələri arasında yaxın münasibətlərdən istifadə etməklə, onu razı salmağa cəhd göstəriblər.
- Sadəcə, onu deyə bilərəm ki, belə bir gəlişmə olmadığından heç kimin bundan xəbəri yoxdur.

- Belə bir məlumat da var ki, «Hatayspor»un prezidenti sizə «Qurban Qurbanovu bura gətirməsəz, idman direktoru vəzifəsindən ayrılacaqsız» deyib. Aranızda, doğrudanmı, belə bir söhbət olub?
- Baxın, Qurban hoca Hatayda yoxdur, mən isə yenə işimin başındayam. Bu, yayılan xəbərlərə ən düzgün cavabdır. İndi özünüz görün ki, Qurban hocanın gəlməməsinə görə yönətim məni işdənq uzaqlaşdırıb, ya uzaqlaşdırmayıb. Mən davam edirəm.

Digər Xəbərlər
Xəbər Lenti