Mahir "Sevilya"ya getməməsinin səbəbini ilk dəfə açıqladı

27 İyul 2020 12:16 Qarabağ 2 105
Mahir "Sevilya"ya getməməsinin səbəbini ilk dəfə açıqladı

"Sevilya" ötən ilin yayında mənimlə maraqlanırdı və təklif də göndərmişdilər".

Sportinfo.az xəbər verir ki, millinin və "Qarabağ"ın hücumçusu Mahir Əmrəli məşhur İspaniya klubundan aldığı dəvət barədə danışıb.

23 yaşlı forvard La Liqa klubuna keçidinin alınmaması barədə bunları deyib: "Bir şərt var idi ki, onların ikinci komandasında altı ay oynadıqdan sonra məni götürməli idilər.

Elə oldu ki, "Sevilya" ilə Avropa Liqasının qrup mərhələsində rəqib olduq. Və onda məsləhət oldu ki, qalım və getməyim. Çünki onlara qarşı oynayacağıq.

Sadəcə, o anda aldığım zədələr də mənə mane oldu. Mənim üzərimdə əməyi olan insanlar var, Qurban Qurbanov, Rəşad Sadıqov, komanda yoldaşlarım...

Hər atdığım addımda - karyeram və şəxsi həyatda onların rolu birinci olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!