"Nə Qurban Qurbanov, nə də futbolçular bəhanəni sevir"

26 İyul 2020 19:20 Qarabağ 958
"Nə Qurban Qurbanov, nə də futbolçular bəhanəni sevir"

"Oyun praktikası baxımından görürük ki, bir az problem var".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Mahir Emreli deyib.

Ağdam təmsilçisi ötən həftədən Qəbələdədir. Azərbaycan çempionu növbəti mövsümün hazırlıqlarını hələ bir müddət burada davam etdirəcək. Çempionlar Liqasına tədarük görən Ağdam təmsilçisi uğurlu çıxışa ümidlidir.

Bununla belə, Mahir uzun müddətdir oyun praktikasından uzaq qalmaqlarınıdan narahatdır: "Hazırda məşqlərimiz bərpa olub, Qəbələdəyik. Bir arada təlim-məşq toplantısı keçirik.

Çempionlar Liqasındakı rəqiblərin hər biri öz ölkəsinin çempionatında axıradək oynayıb. Bilirsiz ki, bizdə Premyer Liqa pandemiyaya görə dayandırıldı.

Nə Qurban müəllim, nə də futbolçular bəhanəni sevir. Üzərimizə düşəni etməliyik. Ümid edirəm ki, ilk tur başlayana qədər gözəl formada olmağı bacaracağıq".

Digər Xəbərlər
Xəbər Lenti