"Qarabağ" ictimaiyyəti ŞOK edən yeni transferini açıqladı!

26 İyul 2020 11:20 Qarabağ 2 293
"Qarabağ" ictimaiyyəti ŞOK edən yeni transferini açıqladı!

“Qarabağ”ın Uroş Matiçi heyətinə qatacağını 9 gün əvvəldən sizə məlumat vermişdik

Sportinfo.az xəbər verir ki, az əvvəl klubun "feysbuk" səhifəsi yeni transferi rəsmən ictimaiyyətə açıqlayıb.

Amma 30 yaşlı serbiyalı yarımmüdafiəçiylə imzalanan müqavilənin detalları haqda məlumat verilməyib Matiç “Qarabağ”da 8 nömrəli forma ilə mübarizə aparacaq.

Uroş Matiç 23 may 1990-cı ildə Serbiyada doğulub. Makedoniya əsilli serb futbolçu hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən Nemanya Matiçin kiçik qardaşıdır.

O, Slovakiyanın "Koşitse" (2009 - 2013), Portuqaliyanın "Benfika B" (2013-2014), Hollandiyanın "NAK Breda" (2014 - 2016), Avstriyanın "Şturm" (2016-2017), Danimarkanın "Kopenhagen" (2017-2018), eləcə də icarə əsasında Avstriyanın "Austriya" (2018-2019) və Kiprin APOEL (2019-2020) komandalarının formasını geyinib.

Matiç 2017-ci ildə Danimarka çempionu və ölkə kubokunun qalibi olub. O, qardaşından fərqli olaraq, Serbiyanın yox, Makedoniyanın əsas millisində oynamağa qərar verib.

Azərbaycan çempionunun serbiyalı oyunçunu transfer edəcəyi ilə bağlı ilk xəbəri Sportinfo.az yayıb (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/88368.html).

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!