Abdullayev bir daha Azərbaycanda oynamaq istəmir

25 İyul 2020 18:48 Qarabağ 1 309
Abdullayev bir daha Azərbaycanda oynamaq istəmir

“Qarabağ”ı tərk edənlər arasında Araz Abdullayevin də olduğunu yazmışdıq.

Baş məşqçi Qurban Qurbanov müqavilə müddəti bitən yarıımmüdafiəçinin xidmətində maraqlı olmadığından, növbəti mövsümdə ağdamlıların sıralarında olmayacağı dəqiq idi.

Lakin indiyə qədər Araz mövzusunda klubdan heç bir açıqlama verilməyib. Halbuki klubla anlaşma müddəti bitən başqaları ilə yolların ayrıldığı publikaya çatdırılmışdı.

Arazın adının Qəbələyə yollanan heyətdə olmaması xəbəri təsdiqidi. Bəli, Abdullayev bundan sonra heç bir halda “Qarabağ”ın sıralarında olmayacaq.

Odur ki, vaxtilə ölkənin ən perspektivli futbolçularından sayılan cinah yarımmüdafiəçisi hazırda azad agent statusuna malikdir. Çünki 2018-ci ildə anlaşdığı “Panionis“lə müqaviləsi müddəti də artıq bitib.

Sportinfo.az-ıın məluimatına görə, millinin keçmiş üzvü “Zirə“dən dəvət alsa da, təklifi qəbul etməyib. O, karyerasını yenidən ölkə xaricində davam etdirmək istədiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda