"Valideynlərim məşqçilərin yanına gəldi və dedilər ki…"

25 İyul 2020 21:00 Qarabağ 1 298
"Valideynlərim məşqçilərin yanına gəldi və dedilər ki…"

"Futbola altı yaşımdan başladım, çox həvəsli idim. Məqsədimə doğru gedirdim".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın hücumçusu Mahir Emreliyə məxsusdur.

Millinin də aparıcı siması olan forvard futbola gəlişindən danışıb: "Təlim məşqlərimiz çox olurdu və dərslərimi çatdıra bilmirdim.

Valideynlərim məşqçilərin yanına gəldi və dedilər ki, bu uşaqda həvəs varsa, dərslərini azaldaq və tam fikrini futbola verək. Mən də məqsədimə çatmaq üçün əlimdən gələni etdim.

Amma yenə də inkişaf etməli və üzərimizdə işləməliyik. "Qarabağ" olaraq, hər zaman Qarabağın adını layiqincə təmsil etməyə çalışırıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"