"Bizi aqressiv göstərməyə, özlərinə xal qazanmağa çalışırlar"

25 İyul 2020 16:14 Qarabağ 1 306
"Bizi aqressiv göstərməyə, özlərinə xal qazanmağa çalışırlar"

“Qarabağ”ın hücumçusu Mahir Emreli əməkdar artist Tahir İmanovun İnstaqramda yayımlanan "2+1=4" adlı verilişində qonaq olub.

Sportinfo.az xəbər verir ki, Mahir Emreli xaricdə yaşayan soydaşlarımızı erməni təxribatından uzaq olmağa çağırıb:

"Hər dəfə ermənilər atəşkəsi pozurlar, biz isə cavab veririk. Hazırda da eyni vəziyyətdir. Onlar ilk olaraq başladılar. Xalqımı səbrli olmağa çağırıram. Çünki ermənilərin yenə də etmək istədikləri haqsızkən haqlı vəziyyətinə düşməkdir.

Hazırda bütün dünya onların aqressiyasını görür. Amma bizi aqressiv göstərməyə, özlərinə xal qazanmağa çalışırlar. Biz isə buna yol verməməliyik. Çünki bizim ölkəmiz, millətimiz onlardan üstün vəziyyətdədir. Futbol dili ilə desək, hesabda öndəyik və bunu qoruyub saxlamalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!