"Qarabağ" məşhur futbolçunun qardaşına sabah imza atdırır

24 İyul 2020 16:14 Qarabağ 1 925
"Qarabağ" məşhur futbolçunun qardaşına sabah imza atdırır

«Qarabağ» yeni transferinin adını rəsmən açıqlamağa hazırlaşır.

Sportinfo.az-ın məlumatına görə, Uroş Matiç sabah Azərbaycana gələcək.

Ölkə çempionu serbiyalı yarımmüdafiəçinin bütün sənəld məsələlərini həll edib və indi səbirsizliklə yolunu gözləyir. Eyni zamanda, o da öz üzərinə düşən işi görüb.

Belə ki, 31 yaşlı legioner müqavilə ilə məxsus olduğu «Kopenhagen» ilə danışıqları uğurla başa çatdırıb və transfer vərəqini alıb.2017-ci ildə Danimarka klubu ilə 4 illik müqavilə bağlayan Matiç sabah Bakıda tibbi müayinədən keçəcək.

Səhhətində bir problem üzə çıxmasa, Ağdam təmsilçisi «Mançester Yunayted»in ulduzu Nemanya Matiçin balaca qardaşıyla 2+1 illik kontrakt imzalayacaq.

Digər Xəbərlər
Xəbər Lenti