Xanımı diktə etdi, “Qarabağ”dan pul almadı, indi isə…

23 İyul 2020 20:00 Qarabağ 1 962
Xanımı diktə etdi, “Qarabağ”dan pul almadı, indi isə…

Xəbər verdiyimiz kimi, Maqaye Geye, Rerras Faysal, Vaqner da Silva, Aylton Silvadan sonra “Qarabağ” daha bir legioneri ilə vidalaşıb.

Üç həftə öncə ailə problemlərini əsas gətirib vətəni İspaniyaya yollanan Miçel geri qayıtmayacaq.

2015-ci ildən “Qarabağ”ın şərəfini qoruyan və müqavilə müddəti gələn ilin yayına qədər olan dayaq yarımmüdafiəçisi ailə məsələlərini əsas gətirərək, Azərbaycana dönmək istəməyib.

Onun klub rəhbərliyinə müraciətindən sonra 2021-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə qarşılıqlı razılıq əsasında pozulub. İspaniyalı Ağdam təmsilçisində ümumilikdə 155 matçda meydanda olub və 25 qol vurub.

Miçelin bu məqamda atdığı addımın səbəbini təxmin etmək çətin deyil. Dünyanı cənginə alan pandemiyanın gələcəkdə nələrə yol açacağı ilə bağlı qeyri-müəyyənlik olduğundan ispan futbolçu xaricdə legioner həyatı yaşamaqdansa, vətənində doğmalarının yanında qalmağı üstün tutur.

Görünür, martdan iyula qədər Bakıda “ilişməsi” və yalnız böyük zəhmət sayəsində İspaniyaya yollana bilməsi 35 yaşlı futbolçunun gözünü qorxudub.

O. xanımının diktəsiylə Azərbaycana qayıtmaq istəməyib. Hətta buna görə, “Qarabağ”dakı alacaqlarının hamısından imtina edib. Azərbaycana ilk dəfə İsraildən gəlmiş yarımmüdafiəçi hazırda Sequnda klublarıyla danışıqlar aparır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti