Milliləşdirilmiş futbolçu Ağdam ilə bağlı paylaşım etdi

23 İyul 2020 12:02 Qarabağ 1 121
Milliləşdirilmiş futbolçu Ağdam ilə bağlı paylaşım etdi

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Ağdamın işğalı ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Intagram" hesabında "Ağdamsız 27 il" yazılan fotonu yerləşdirib.

Riçard Almeyda son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun formasını geyinib. Onun klubla müqaviləsi başa çatıb.

2012-ci ilin iyununda “Qarabağ”a keçən yarımmüdafiəçi 2018-ci ilin yayında Qazaxıstan “Astana”sına transfer olmuşdu. 2019-cu ilin yanvarında icarə əsasında Ağdam təmsilçisinə qayıdan təcrübəli futbolçu bu ilin yanvarında "Baniyas"la 6 aylıq müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!