"Qurban Qurbanovu bura gətirmək üçün nüfuzlu insanları araya salıb" - ŞOK İDDİA!

22 İyul 2020 15:04 Qarabağ 1 999
"Qurban Qurbanovu bura gətirmək üçün nüfuzlu insanları araya salıb" - ŞOK İDDİA!

«Qurban Qurbanov çox duyğusal bir insandır».

Sportinfo.az xəbər verir ki, bu sözlər Türkiyənin tanınmış futzal yazarı Nevzat Demirə məxsusdur.

O, «CBC Sport»a açıqlamasında «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun «Hatayspor»dan aldığı təklif barədə danışıb. Bildirib ki, Super Liqaya vəsiqə qazanmış klub azərbaycanlı mütəxəssisi iş başına gətirmək üçün bütün imkanlarını səfərbər edib:

«Azərbaycanda baş məşqçi olaraq çox böyük uğurlara imza atdı. Hazırda Azərbaycanın bir ölkə olaraq yaşadığı sıxıntıı var. Ermənistanla cəbhədə baş verən hadisələr, əlbəttə, Qurbanova da təsir edir.

Qurbanov belə bir vəziyyətdə özü barəsində «işini buraxıb getdi» sözünü dedizdirmək istəmir. Mən bu mənada Qurban bəyt təbriek edirəm. Həqiqətən də ölkəsinə, vətəninə bağlı bir insandır.

Professional həyatda belə təkliflər olur. «Hatayspor»un güclə komanda qurmaq istədiyini, Super Liqada başırılı olmağı hədəflədiklərini, Qurban Qurbanovla bir vizyon gördüklərini düşünürəm.

Hazırda danışıqlar gedir. «Hatayspor» Qurban Qurbanovu gətirmək üçün bütün variantlara əl atır. Klubun tək gündəm maddəsi odur. Klubun öndə gələn isimləri ilə söhbətimdə Qurbanovun adı çəkildi.

Bildyiimə görə, onu razı salmaq üçün Azərbaycanın nüfuzlu insanlarından bir neçəsi dövriyyədədir. Amma Qurban hoca bu məsələyə bir qədər duyğusal yanaşır. Ölkənin bu sıxıntı ortamında «getdi» sözünü eşitməmək üçün «qaldı» yönündə xəbərlərin çıxmasını düşünürəm.

«Hatayspor» ona çox məqbul təklif irəli sürüb. Klub onu məqsədərinə çatdıracaq baş məşqçi olaraq görməkdədir. Olacaq, ya olmayacaq – istənilən halda qərar verəcək şəxs Qurban hocadır. Təklifə «hə» deyərsə, «Hatayspor»ın baş məşqçisi olacaq. «Qalıram» deyərsə, klub başqasını axtaracaq.

Vaxtilə Azərbaycanda çalışmış Fatih Kavlak «Hatayspor»un idman direktoru təyin edilib. Bilirəm ki, rəhbərlik onun məsləhətlərinə çox önəm verir. Qurban hocanı onun məsləhət görməsi təbiidir. Çünki onu yaxından tanıyır.

Açığı, Qurban hocanın adını eşidincə, bir qədər həyacanlandım. Klub başqanı və yönətimi Kavlakın aldığı bütün qərarlara böyük sayğu duyur, onun nişan verdiyim isimlərin arxasınca gedirlər.

Kavlakın vaxtilə Azərbaycanda yaşaması, ölkənin futboluna və Qurban hocaya uzaq olmaması bu təklifdə birinci dərəcəli rol oynayıb».

Digər Xəbərlər
Xəbər Lenti