"Qarabağ Azərbaycanındır və həmişə belə olacaq!"

21 İyul 2020 23:40 Qarabağ 574
"Qarabağ Azərbaycanındır və həmişə belə olacaq!"

"Bir çox insan həyatını vətən üçün qurban verir. Bu səbəbdən, onlar yaddaşlarda əbədi qalırlar".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli son günlər Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələr barədə danışarkən deyib.

38 yaşlı albaniyalı müdafiəçi həyatları itirən əsgərlərin ailələrinə başsağlığı verib. Təcrübəli futbolçu Qarabağ haqqında da danışıb: Qarabağ Azərbaycan torpağıdır.

Nə olursa-olsun, həmişə belə olacaq. Mən Azərbaycan xalqına, xüsusən, ağdamlılara əmin-amanlıq və sülh arzulayıram. Bir gün onlar evlərinə qayıdacaqlar və o gün tezliklə gələcək".

Ansi Aqolli Albaniya millisində oynadığı vaxt 2015-ci ildə AVRO-2016-nın seçmə mərhələsində Yerevanda Ermənistana 3:0 hesabı ilə qalib gəldikləri matçdan öncə bütün Azərbaycan xalqına salam göndərib.

2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu