"Qarabağ"ın futbolçusu: "Artıq buna bir şübhə qalmayıb"

14 İyul 2020 19:02 Qarabağ 872
"Qarabağ"ın futbolçusu: "Artıq buna bir şübhə qalmayıb"

Əvvəllər bu virusla bağlı insanlarda bir az inamsızlıq var idi. Artıq bizə yaxın olan insanların bu virusa yoluxduğunu eşidirik.

Düşünürəm ki, artıq bu infeksiyaya bir şübhə qalmayıb. Ailə üzvlərimizin, qohumlarımızı, dostlarımızı qorumaqla xalqımızı qorumuş oluruq.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTACA-a müsahibəsində Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.

Yay aylarında xüsusi karantin rejimində evdə oturmaq çətin olsa da, hər şeyin yaxşı olacağını ümidvar olan milli komandamızın üzvü bildirib: “Zəruri hallarda evdən çıxan vətəndaşlarımız maksimum dərəcədə özlərini qorusunlar.

Yaxınlarımız və əzizlərimizlə bir müddət sosial məsafə saxlasaq, bu heçdə onlara sevgimizin azalmağı anlamına gəlmir. Ölkəmizdə virusa yoluxanların sayının getdikcə artması hamını ciddi narahat etməlidir.

Diqqət etsək, görərik ki, hansı ölkələrdə əhali karantin qaydalarına əməl edirsə, həmin ölkələrdə xəstəliyə yoluxanların sayı getdikcə azalır. Mən əminliklə bildirmək istəyirəm ki, Azərbaycan xalqı güclüdür və bu gözəgörünməz düşməni məğlub edəcək. Allah xalqımızı qorusun”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!