Qurban Qurbanovun istəmədiyi futbolçu onlara da lazım deyil

13 İyul 2020 13:54 Qarabağ 1 211
Qurban Qurbanovun istəmədiyi futbolçu onlara da lazım deyil

"Ştutqart" cari mövsümün sonunda "Qarabağ"la vidalaşan Ailton Silva ilə yollarını ayırmaq istəyir.

Sportinfo.az "echo24" nəşrinə istinadən xəbər verir ki, Bundesliqaya yüksələn komanda 25 yaşlı cinah müdafiəçisinə ehtiyac görmür.

2017-ci ildən "Ştutqart"a məxsus olan və əsas komandada möhkəmlənə bilməyən braziliyalı oyunçu bu vaxta qədər 3 dəfə icarəyə verilib. Nəşr iddia edir ki, icarədən qayıdan digər futbolçular Ailton Silvaya nisbətən daha şanslıdır və klub onlara etimad göstərəcək.

"Ştutqart"ın həmin mövqeyə yeni futbolçu transfer edəcəyi də istisna edilmir. Ailton Silva ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. Onun klubu ilə müqaviləsi 2021-ci ilin yayında bitir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!