"Qarabağ"da transfer işi: Problemi çöz, azad agent statusu al, gəl!

13 İyul 2020 12:44 Qarabağ 2 005
"Qarabağ"da transfer işi: Problemi çöz, azad agent statusu al, gəl!

Rəşad Sadıqov, Vaqner da Silva, Aylton, Rerras Faysal, Maqaye Geye ilə yolları ayıran «Qarabağ» hələ ki yalnız Vild-Donald Gerye və Emil Balayevin transferini həll edib.

Kevin Medina ilə razılığın əldə olunduğu düşünsək, Qurban Qurbanovu narahat edən mövqe hücum xəttidir.

Forvard axtarışında olan və bu yöndə də müəyyən işlər görən “Qarabağ”ın məsələyə nöqtə qoymasını yolların bağlı olması və büdcə ilə bağlı qeyri-müəyyənlik əngəlləyir.

Çox güman, ən qısa zamanda yeni transferlərin adları açıqlanacaq. Hücumçu məsələsi isə avqustun sonuna qədər həllini tapa bilər. Hər halda ilk oyunlar üçün baş məşqçinin sərəncamında Ovusu Kvabena ilə Mahir Əmrəli var.

Onadək daha bir sabiq legioner düşərgəyə qayıda bilər. Pedro Enrike ilə yenidən Ağdam təmsilçisi ilə əlaqə yaradıb. Braziliyalı yarımmüdafiəçi 2017-2018-ci illərdə formasını geyindiyi “Qarabağ”a dönmək istədiyini növbəti dəfə bildirib.

Cənubm amerikalı “Kayserispor“da ciddi maliyyə böhranıyla qarşılaşdığını və müqaviləsini birtərəfli qaydada pozmağa hazırlaşdığını söyləyib. O, Super Liqaya yekun vurulan kimi Kayseridən ayrılacağını elan edib.

Azərbaycan çempionunun onun qayıdışına münasibəti müsbətdir. Pedro bunun üçün daha bir addım atmalıdır: Türkiyə klubu ilə problemini özü çözüb, azad agent statusu almalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti