“Qarabağ”la matçlarda bəxtimiz gətirmədi": “Linfild”li qapıçı

11 İyul 2020 14:50 Qarabağ 693
“Qarabağ”la matçlarda bəxtimiz gətirmədi": “Linfild”li qapıçı

“Linfild”in qapıçısı Roan Fergüson ötən yay Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunları yada salıb.

Sportinfo.az xəbər verir ki, Şimali İrlandiya klubunun kiperi ölkəsinin mətbuatına müsahibəsində deyib:

“Biz işimizin öhdəsindən layiqincə gəlirdik. Əvvəl “Torshavn”ı, sonra “Sutyes”kanı çıxardıq. “Qarabağ”la matçlarda isə bəxtimiz gətirmədi. Elə çox komanda yoxdur ki, onlar yalnız vurulan və buraxılan qollardakı nisbətə görə qrupa düşə bilməsin”.

Səfərdəki oyunda “Qarabağ” 2:3 hesabı ilə uduzsa da, Bakı 2:1 hesabı ilə qələbə qazanıb. Ağdam təmsilçisi səfərdə daha çox qol vurması sayəsində mərhələ adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu