"Qarabağ"la şərt kəsib: Müqavilənin "görünməyən tərəfi"

11 İyul 2020 09:28 Qarabağ 2 077
"Qarabağ"la şərt kəsib: Müqavilənin "görünməyən tərəfi"

"Qarabağ" millinin qapıçısı Emil Balayevi transfer etməsini dünən rəsmən açıqladı.

Ağdam klubu "Zirə"dən ayrılan qapıçı ilə 2 illik müqavilə imzaladı.

O, "Neftçi", "Sumqayıt", "Araz-Naxçıvan", "Ayntraxt" (Almaniya), "Qarabağ", "Səbail", "Tobol" (Qazaxıstan) klublarının da formasını geyinib.

Balayev 3 il sonra qayıtdığı «Qarabağ»ın əsas qapıçısı olacaq. Qurban Qurbanov ona «1 nömrə» gözüylə baxır.

Vaqner da Silva ilə yollarını ayıran, Nicat Mehbalıyevi «Sabah»a satan «köhlən atlar»in Şahruddin Məhəmməöəliyevə bir o qədər güvənməyəcəyi dəqiqdir. Dağıstanlı kiper ötən illərdəki kimi ehtiyatda qalacaq.

Emillə klub arasında anlaşmada bir xüsus var ki, diqqət çəkir. Bu da gələn ilin yayında «Qarabağ»dan ayrıla biləcəyidir. İşdir, növbəti mövsümün sonunda ona ölkə xaricindən sərfəli təklif gələrsə, Azərbaycan çempionu gedişinə problem yaratmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!