"Qarabağ"dan yeni transfer

10 İyul 2020 11:34 Qarabağ 1 320
"Qarabağ"dan yeni transfer

"Qarabağ" Azərbaycan millisinin qapıçısı Emil Balayevin transferini açıqlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"dən ayrılan qapıçı ilə müqavilə imzalanıb.

Müqavilənin müddəti açıqlanmayıb. Emil Balayev 2016-2017 mövsümündə də "Qarabağ"ın üzvü olub. Lakin həmin dövrdə ehtiyat qapıçı olan Balayev rəsmi oyuna çıxmayıb.

"Qarabağ" Emildən əvvəl sabiq müdafiəçisi olmuş Donald Geryeni də transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti