Başqan göstəriş verdi, Mahir "Beşiktaş"a təklif olundu

6 İyul 2020 10:10 Qarabağ 1 204
Başqan göstəriş verdi, Mahir "Beşiktaş"a təklif olundu

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebinin azərbaycanlı futbolçularla bağlı çağırışı cavabsız qalmayıb.

Sportinfo.az-ın “Fotospor”a istinadən məlumatına görə, milli və “Qarabağ”ın hücumçusu Mahir Emreli İstanbul təmsilçisinə təklif olunub.

Amma 24 yaşlı forvardı qarşı tərəfə kimin təklif etməsi barədə bilgi verilməyib.

Ahmet Nur Çebi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə müsahibəsində "Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq" deyib.

Digər Xəbərlər
Xəbər Lenti