Rəşad Sadıqov: Onunla meydanda oynamaq başqa aləmdir

5 İyul 2020 20:20 Qarabağ 1 438
Rəşad Sadıqov: Onunla meydanda oynamaq başqa aləmdir

“Qarabağ”ın dəyərlərini anlayan hər futbolçunu komandamızda görmək istəyərdim“.

Sportinfo.az xəbər verir ki, bu sözlər yaxınlarda futbolçu karyerasını başa vuran Rəşad Sadıqova məxsusdur.

Uzun illər Ağdam klubunun kapitanı olmuş müdafiəçi ”hansı futbolçuların “Qarabağ”a qayıtmasını istəyərdiz” sualını bu cür cavablandırıb: ”Dino Ndlvovu, Leroy Corc, İbrahim Şehiç və Riçard Almeyda yaxşı formada olduqları vaxtda getmişdilər.

Ansi Aqolli yaşlanmışdı və karyerasının sonları idi, buna görə ABŞ-a getmək istədi. Pedro Enrike çox yaxşı futbolçu idi.

Dani Kintananı uğurlarımızda böyük payı olub. Reynaldonun etdikləri unudulmazdır. Onunla meydanda oynamaq başqa aləmdir. Georgi Adamiyanın yaxşı oyunları olub. Yaxşı futbolçularla oynamışıq”.

Digər Xəbərlər
Xəbər Lenti