"Bəxtim gətirib ki, “Neftçi”də oynayanda Qurban Qurbanovla görüşdüm"

4 İyul 2020 17:52 Qarabağ 1 150
"Bəxtim gətirib ki, “Neftçi”də oynayanda Qurban Qurbanovla görüşdüm"

“Qarabağ”a qayıtdım və həmişə özümü burada xüsusi hiss etmişəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Donald Gerye deyib.

Haitili müdafiəçi Ağdam klubundakı ab-havadan danışıb: “Biz sanki bir yerdə doğulmuşuq, sonra getmişəm. Ardınca isə ayrılıqdan sonra barışmış kimiyik. Burada xoşbəxtəm və hər şey möhtəşəmdir. Özümü evimdəki kimi hiss edirəm”.

Gerye “Qarabağ”a keçməsinin səbəblərinə də aydınlıq gətirib: “Neftçi”ni tərk edəndən sonra Menecerim Türkiyədən bir neçə təkliflər olduğunu dedi. Ancaq orda maliyyə ilə bağlı çətinliklər var.

Ən yaxşısı “Qarabağ”a qayıtmaq idi. Çünki Ağdam təmsilçisi yaxşı komandadır və burada maliyyə problemi yoxdur, maaşlar vaxtında ödənir. Həyat yoldaşım da bunu istəyirdi.

Mən bəzi oyunçularla da danışdım. Onlar da qayıtmağımı istəyirdilər. Hətta azarkeşlər də var idi. Müzakirə etdik və fikirləşdik ki, qayıtmaq ən yaxşı variant idi. Buna görə də müqavilə imzaladım”.

O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə yüksək fikirdə olduğunu da gizlətməyib: “Bura gələndən həmişə yaxşı oynamışam. Ailəmə və həyat yoldaşıma təşəkkür edirəm. Qurban Qurbanovun klubuna da minnətdaram.

Mən yenə bütün gücümlə çalışacağam. Ümid edirəm ki, formamı bərpa edib meydanda əvvəlki Donald Geryeni göstərəcəyəm. Bəxtim gətirib ki, “Neftçi”də oynayanda Qurban Qurbanovla görüşdüm. Bunun səbəbi qayıtmaq istəyim deyildi.

Ona görə görüşdük ki, o yaxşı insandır. Qurbanov mənim üçün çox şey edib və uğurumun bir hissəsi onunla bağlıdır. Bizim yaxşı münasibətlərimiz var və həmişə ünsiyyətdə olmuşuq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu