"Qarabağ"in bu yay ala bilmədiyi və almaq istədiyi futbolçular - VİDEO

1 İyul 2020 18:34 Qarabağ 1 158
"Qarabağ"in bu yay ala bilmədiyi və almaq istədiyi futbolçular - VİDEO

«Qarabağ» ardıcıl 7-ci dəfə Azərbaycan çempionu oldu.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

Qurban Qurbanov heyətə «əl gəzdirmək» fikrindədir. Bir neçə mövqe üzrə axtarışdadır.

Transfer danışıqlaı ağır gedir. Məsələn, Emin Mahmudovun xidmətində maraqlı idi, lakin yarımmüdafiəçi «Neftçi»də qalmağı üstün tutdu. Asmir Beqoviçi «Milan»dan geri qaytarmaq da, bu minvalla, baş tutan işə oxşamır.

Hələlik Kevin Medinanın transferini reallaşmış saya bilərik. Kolumbiyalı mərkəz müdafiəçisi ilə 2+1 illik müqavilə şərtləri razılaşdırılıb, qalıb bircə Azərbaycana gəlib tibbi baxışdan keçməsi və rəsmi sənədə qol atması.

Daha kimlər gələ bilər? Gəlin, bununla bağlı hazırlanmış videonu izləyək:

Digər Xəbərlər
Xəbər Lenti