"Qarabağ" 2 legionerinin getməsinə icazə verdi

1 İyul 2020 10:52 Qarabağ 1 577
"Qarabağ" 2 legionerinin getməsinə icazə verdi

«Qarabağ» 2 legionerinə Azərbaycanı tərk etməyə icazə verib.

Sportinfo.az-ın məlumatına görə, bunlar Xayme Romero və Miçeldir.

Hər iki ispaniyalı ailələrində problem yaranmasını səbəb gətirərək, klub rəhbərliyindən izn alıb.

Sərhədlər hələ açılmayıb, bəs onlar vətənlərinə necə gedəcək?

İspanlar bu məqsədlə müxtəlif dövlət və beynəlxalq qurumlara baş vurub. Hətta onlara təyyarə ayrılması üçün bəzi hava konsernləri ilə danışıqlar aparıblar.

Sadəcə, qiymətə görə anlaşa bilmirlər. Belə ki, Bakı-Madrid səfəri 60 min avrodan aşağı rəqəmə başa gəlmir. Odur ki, legioner Bakı-İstanbul reysi ilə Azərbaycanı tərk edə biləcəklərinə ümid bəsləyir.

Digər Xəbərlər
Xəbər Lenti