“Rəşad səhv addım atmaz” – İlk məşqçisi ötənləri belə xatırladı

30 İyun 2020 23:40 Qarabağ 922
“Rəşad səhv addım atmaz” – İlk məşqçisi ötənləri belə xatırladı

Sportinfo.az xəbər verir ki, bir neçə gün əvvəl "Qarabağ”ın müdafiəçisi vəkapitanı Rəşad Sadıqov karyerasını bitirdi.

Uzun illər ərzində həm millidə, həmdə "Qarabağ”da kapitan sarğısını daşıyan, "Neftçi”də də çıxış edən, Türkiyədəlegioner həyatı yaşayan 38 yaşlı futbolçu ağdamlıların heyətində növbəti çempionluq kubokunu qaldıraraq, futbola "əlvida” dedi.

Onun karyerasını bitirməsinəmünasibətini öyrənmək üçün "Futbol+” qəzetinin əməkdaşları Rəşadın ilk məşqçisiVaqif Paşayevlə əlaqə saxlayıb. Təcrübəli mütəxəssis həm də Rəşadın futbolçukimi ilk illərini xatırlayıb.

- Yetirməniz Rəşad Sadıqov ötən şənbə karyerasınıbitirdi. İlk məşqçisi siz olmusuz. Onun ilk illərini, futbola başlamasını necəxatırlayırsız?

- Rəşada 1990-cı ildən məşqçilik etməyə başlamışam.8 il mən çalışdırdım, sonra "Turan”a getdi. Biz Rəşadla indiki kimi futbolmeydanlarında məşq etməmişik. Rəşad asfaltın, torpağın üstündə məşq edib,oynayırdı. Mərd futbolçu idi, istəyinə, məqsədinə çatmaq üçün çalışırdı. 20 ilpeşəkar futbol oynadı, bu səviyyəyə çatdı.

- Həmin vaxt Rəşadın bu səviyyəyə çatacağınıdüşünürdüz?

- Bəli, bilirdim ki, Rəşad Azərbaycan futbolundalider olacaq. Onun çalışqanlığını, zəhmətini görürdüm. Sizə bir məsələ dədeyim. Bir dəfə Rəşad məşqə gəlməmişdi, soyuqdəyməsi vardı. Həmin gün onlarınevinə getdim, xəbər bilməyə. Anası soruşdu ki, Rəşad barədə nə düşünürsüz?Ondan futbolçu çıxar? Dedim ki, Rəşad futbolçu olacaq. Dedilər, bizim inamımızyoxdu. Dedim, mən məşqçisiyəm, inanıram. Sonra Rəşad məşqə qayıdanda, onunlasöhbət etdim. Dedim ki, ananın, nənənin yanında söylədiklərimi eşitdin. Mənimsözümü səhv çıxarma. El arasında bir söz var, kişinin sözü bir olar. Rəşad həmingün mənə söz verdi, sözünün də üstündə durdu. Mən həmişə inanmışam ki, Rəşadçox yaxşı futbolçu olacaq. Onun çalışqanlığından əlavə, xarakteri də güclü idi.Hər zaman ona inanmışam, inamım da özünü doğruldub. Onunla birlikdə məşq edənfutbolçular da var idi, amma bilirdim ki, bu səviyyəyə çatan ancaq Rəşadolacaq. Rəşad çox intizamlı futbolçu olub. Bir dəfə də olsun, dilindən söyüş, təhqireşitməmişik, heç kim eşidə bilməz. Düzdü, onda komandamız da çox nizamlı idi. Həttaməğlub olduğumuz oyundan sonra belə paltardəyişmə otağında heç kim söyüş işlətməyib.Paltardəyişmə otağında artıq söz ola bilməzdi. Bütün futbolçular, o cümlədən Rəşadçox intizamlı olub.

- Azərbaycan futbolunda ən fərqli və çətinkaryerası olan birinci futbolçu bəlkə də Rəşaddı. Bir ara basketbolda da çıxışedib.

- Onun həm bu hərəkətində, həm də karyerasındaxarakteri mühüm rol oynayıb. Həmin vaxt düşünürdülər ki, futbolun qapısı onunüzünə bağlandı. Bəlkə də Rəşadın yerində başqası olsaydı, futbolu atardı. Ammao, dayanmadı, gedib basketbol oynadı. Yaxşı da alındı, bacara bildi. O, belə məsələlərlətez-tez üzləşib. Bir ara "Neftçi”də bir neçə futbolçu ilə birlikdə əvəzedicikomandaya göndərilmişdi. Onda həmin futbolçulardan çoxu əvəzedici komandadaçıxış etməkdən imtina edib, "biz burda oynamaq istəmirik” demişdilər. Amma Rəşadçıxıb oynamışdı. Bu gün Rəşad bu yerə belə məsələlərə görə gəlib. Basketbol daoynayıb, əvəzedicilərdə də çıxış edib, amma dayanmayıb. Xarakter göstərib,çalışıb.

- Rəşad legioner həyatı yaşasa da, karyerasındandanışanda daha çox "Neftçi” və "Qarabağ”ın adını çəkir. Siz necə düşünürsüz,onun karyerasında dönüş nöqtəsi hansı klubda yaşanıb?

- Ən çox çıxış etdiyi "Neftçi” və "Qarabağ” olub.Bu komandalarda da özünü göstərməyi bacarıb. Belə deyək, yüksəlişi, inkişafı,uğuru bu komandaların heyətində olub. Hər iki klubun heyətində müxtəlif uğurlarqazanıb. Bir müddət Türkiyədə çıxış etdi, orda da müxtəlif klublarda oynadı.Ancaq təbii ki, əsas uğurları Azərbaycanda qazandı.

- Futbol ictimaiyyətinin bir çox nümayəndəsidüşünür ki, Azərbaycan futbolunda Rəşad kimisi bir də olmayacaq. Siz necədüşünürsüz, futbolumuzda "ikinci Rəşad” olacaq?

- Yenə deyirəm, indi onun kimi futbolçu yoxdu.İstedadlı, çalışqan futbolçular var, amma hər baxımdan Rəşad kimi futbolçuyoxdu, olmasına da inanmıram. Rəşad əvvəldən ağıllı, güclü futbolçu olub. İlk dəfəyanıma gələndən bilirdim ki, güclü futbolçu olacaq, bunu hiss edirdim. Hakanadlı türk mütəxəssis vardı, bir dəfə o da demişdi ki, Azərbaycanda bir kapitangörürəm, o da "Qarabağ”ın kapitanı Rəşad Sadıqovdu. Rəşad hər zaman fərqlənib:oyunu, komandaya verdiyi inam, davranışı ilə. Bəhlul (Mustafazadə) var, oyununubəyənirəm. Başqa istedadlar da var. Amma Rəşad kimi lider, xarakter göstərən,çalışqan futbolçu yoxdu, buna əminəm. Onunla işlədiyimiz dövrdə məşq etdiyimiztop söküləndə aparıb tikdirirdik ki, yenidən məşq edək, oynayaq. Elə çətin birdövr idi. Rəşad torpaqda oynayırdı. Amma indikilərə baxın, nə yoxdu ki? Topdantutmuş məşq meydanlarına kimi hər şey var, amma inkişaf yoxdu. Burda başqa məsələlərdə var. İndi məşqçiyə də dəyər verilmir. Hər gün Sumqayıta bir neçə avtobus dəyişməkləgedib-gəlirəm. Futbola rəhbərlik edənlərdən bir nəfər demir ki, gəl, burda işlə,belə əziyyət çəkmə. Mən Azərbaycan futboluna futbolçular vermişəm. Bəxtiyar Həsənalızadəyləişləmişəm, yanıma gedib-gəlib, indi "Zirə”də oynayır. Hazırda "Sumqayıt”daoynayan Xəyalla işləmişəm. Mənə belə futbolçular yetişdirmək çətin deyil, ammabunu qiymətləndirən yoxdu. Bir nəfər demir ki, sən Azərbaycan futboluna Rəşad,Ceyhun Sultanov, Saşa Yunisoğlu kimi futbolçular vermisən. Mən bu futbolçularıasfaltda yetişdirmişəm. Amma indi hər şəraitə malik meydanlarda beləfutbolçular yetişmir. Mən belə 10 futbolçu yetişdirərəm, amma bunun üçün heçkim heç kimə dəyər vermir.

- Məşqçilikdən söz düşmüşkən, bir az da Rəşadın məşqçiliyiilə bağlı danışaq. Özü də açıqlamalarında "Qarabağ”da, Qurban Qurbanovunyanında qalıb, məşqçilik edə biləcəyini deyib. Siz nə düşünürsüz, məşqçilik həyatı,seçimləri necə alınar?

- Rəşad nə düşünürsə, onu da edəcək. Bu, onda yaxşıda alınacaq, buna əminəm. Amma düşünürəm ki, millidə çalışmalıdı. Niyə? Çünkibunun üçün onda bütün keyfiyyətlər var. Futbolçuları yaxşı tanıyır, onların nəistədiyini, nəyi bacardıqlarını bilir. Futbolçu meydanda olanda qorxmamalıdı,güvənməlidi. Rəşad da bütün yerli futbolçuların nəyə sahib olduğunu, nədən çəkindiyinibilir. Onda bu keyfiyyətlər varkən, niyə başqası millidə çalışsın? Rəşadxarakterlidi, bacarıqlıdı, millidə də vəzifəsinin öhdəsindən gələr. Ona bu şansyaradılmalıdı. Mən onun yığmada bacaracağına əminəm. Təbii ki, son qərarözünündü, ən yaxşı seçimi edəcək. Nə qərar versə, bilin ki, ən düzgünü odu.Bunu sizə mən deyirəm. Rəşad səhv addım atmaz.

Digər Xəbərlər
Xəbər Lenti