"Rəşad Sadıqovun "Qarabağ"da qalıb-qalmaması ilə bağlı…"

28 İyun 2020 16:00 Qarabağ 747
"Rəşad Sadıqovun "Qarabağ"da qalıb-qalmaması ilə bağlı…"

"Rəşad Sadıqovun qalıb-qalmaması yekun iclasda həll olunası məsələdir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi bugünlərdə karyerasını bitirən komandanın kapitanı ilə bağlı müzakirə aparacaqlarını bildirib: "Onu bilirəm ki, Rəşadın bizdə qalması üçün həm rəhbərlik, həm də Qurban Qurbanov tərəfdən bir istək var.

Hazırda Rəşadla rəsmi görüşümüz və anlaşma yoxdur. Qarşıdakı günlərdə hansısa qərar olsa, məlumat veriləcəm. Ancaq qarşılıqlı istək var".

Digər Xəbərlər
Xəbər Lenti