"Qarabağ"da anlaşma – Getmək yoxdur, qalmaq var

25 İyun 2020 20:00 Qarabağ 1 485
"Qarabağ"da anlaşma – Getmək yoxdur, qalmaq var

«Qarabağ»la müqaviləsi davam edən legionerlər gələn ayı da Azərbaycanda keçirəcək.

Sərt rejimli karantinin iyulun 1-dən sonra ləğv edilib-edilməməsindən və hava nəqliyyatına icazə verilib-verilməməsindən asılı olmayaraq.

Sportinfo.az-ın məlumatına görə, Ağdam klubunun rəhbərliyi bununla bağlı əcnəbi futbolçuların razılığını alıb.

Yeganə «nəm-nüm» edən Xayme Romero idi, artıq ispaniypalı yarımmüdafiəçini də yola gətirmək mümkün olub.

Çempionlar Liqasında iştirak edəcək komanda iyulun ilk həftəsində bir araya gəlməyi və məşqlərə başlamağı planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"