"Qarabağ" və Messi arasındakı bağlılıq üzə çıxdı

25 İyun 2020 10:24 Qarabağ 1 762
"Qarabağ" və Messi arasındakı bağlılıq üzə çıxdı

"Barselona"nın ulduzu Lionel Messinin doğum günü dünyada 9 klubun yaradılma günü ilə üst-üstə düşüb.

Sportinfo.az xəbər verir ki, Meksikanın "Eldictamen" nəşrinin apardığı araşdırma nəticəsində həmin klublardan birinin "Qarabağ" olduğu müəyyənləşib.

İyunun 24-də həm Messi, həm də "Qarabağ"ın 33 yaşı tamamlanıb.

Bundan başqa Çilinin "Everton Vinya del Mar" komandası 111, Almaniya təmsilçisi "Germania Ruhland" 110 yaşını qeyd edib. Avstriyanın "Zaltsburger AK" 106, Danimarkanın "Frederikşavn" klubu 89 il öncə qurulub.

Lüksemburqun "Atert Bissen" (75), Almaniyanın "Rotterburq" (74) və Türkiyənin "Diyarbakırspor" (52) klublarının yaradılması da 24 iyuna təsadüf edib. Avstriyanın "Silz/Mötz" klubu isə 3 il öncə fəaliyyətə başlayıb.

Lionel Messi İspaniya çempionluqları sayında (10 dəfə) 8 qat Azərbaycan çempionu "Qarabağ"ı ötsə də, İspaniya Super Kubokunu Azərbaycan təmsilçisinin göstəricisi qədər əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda