"Qarabağ"dan ayrılan legionerlərə centlmen addım: - "Onlar hər zaman bizim bir parçamızdır"

24 İyun 2020 14:08 Qarabağ 977
"Qarabağ"dan ayrılan legionerlərə centlmen addım: -

Bir neçə gün əvvəl "Qarabağ"ın Maqaye Qeyedən sonra daha 3 legioner - Ailton Silva, Rerras Farsal və Vaqner Silva ilə yolları ayırdığını xəbər vermişdik.

Adıçəkilən futbolçular hələ də ölkəmizdədir.

Bu da səbəbsiz deyil. Pandemiya ilə bağlı hava uçuşlarına qadağa qoyulmasına görə əcnəbi futbolçular hələ bir müddət də ölkəmizdə qonaq olmağa məcburdular. Bu məcburiyyətin nə vaxta kimi olacağı da qeyr-müəyyəndir.

Bəs bu müddətdə əcnəbi futbolçular harada qalacaq, harada məşq edəcək kimi problemlər ortaya çıxarır. Görəsən, belə vəziyyətdə "Qarabağ" yolları ayrıdığı əcnəbi futbolçulara hansısa formada kömək edəcəkmi?

Komandanın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sportinfo.az-a bunları dedi: "Qarabağ"da oynayan hər bir futbolçu bizim ailənin üzvüdür. İstər qalsın, istərsə də getsin.

Onlar hər zaman bizim bir parçamızdı. Qalmaq, məşq etmək, bir sözlə, nə lazımdırsa hər zaman kömək edəcəyik. Bazanın qapıların həmişə onların üzünə açıqdır".

Digər Xəbərlər
Xəbər Lenti