Qurban Qurbanov: "Vəziyyəti çox gözəl başa düşürük, yaxşı deyil"

24 İyun 2020 11:34 Qarabağ 607
Qurban Qurbanov: "Vəziyyəti çox gözəl başa düşürük, yaxşı deyil"

«Vəziyyəti çox gözəl başa düşürük, yaxşı deyil».

Sportinfo.az xəbər verir ki, «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov belə deyib.

O. xatırladıb ki, son günlər ölkədə virusun yayılması artıb. Bu isə legionerlərin vətənlərinə qayıtmasına əlavə problem yaradır, çünki sərhədlər bağlıdır, uçuşlar xeyli müddətdir ləğv olunub:

«Bu çempionluqda klubdakı hər kəsin böyük əziyyəti oldu. Hər kəsi təbrik edirəm. Son 8 oyunu keçirmədik, amma hər bir qərara hörmətlə yanaşırıq.

Legionerlər icazə olmadıqca, burada qalacaqlar. İmkan olduqca məşq edəcəklər. Elə durumdur ki, səbrli olmalıyıq. Mütləq evə getmək istəmək kimi bir şey olmamalıdır. Çətinlik var, vəziyyəti dəyərləndirib, ən yaxşısı seçim etməyə çalışacağıq».

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi