Qurbanov onları "Qarabağ"a qaytarmaq istəyirmi?

23 İyun 2020 10:24 Qarabağ 1 109
Qurbanov onları "Qarabağ"a qaytarmaq istəyirmi?

«Həmişə xoşlamışam ki, bir işi tam başa vuraq, sonra növbəti addımları müzakirə edək».

Sportinfo.az xəbər verir ki, «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov belə deyib.

Ağdam klubunu ardıcıl 7-ci il ölkə çempionu edən çalışdırıcı Riçard Almeyda və Pedro Enrike kimi bəzi keçmiş futbolçuların yenidən düşərgəyə dönmək perspektivindən danışıb: «Rəhbərliklə görüşümüz olmayıb.

Pandemiya hamıya böyük zərbə oldu, bizə də təsiri var. Hər bir halda komandanı qoruyub saxlamağa çalışmışıq. Futbolçuların qayıdışı halları olub, indi olacağını desəm, doğru olmaz. Bəlkə gələcəkdə mümkün oldu. Gedişata baxacağıq».

Digər Xəbərlər
Xəbər Lenti