"Çox təəssüf ki, insanlar əsl Qurban Qurbanovu tanımır"

23 İyun 2020 09:14 Qarabağ 770
"Çox təəssüf ki, insanlar əsl Qurban Qurbanovu tanımır"

"Qurban Qurbanov publika önündə çox danışmır, özünü ifadə etmir".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqova məxsusdur.

Karyerasını 38 yaşında Ağdöam klubunda başa vuran müdafiəçi "Bol idman" verilişində uzun illərdir bir yerdə olduğu baş məşqçisi haqda danışıb:

"Çox təəssüf edirəm ki, insanlar əsl Qurban Qurbanovu tanımırlar. O, məşqdə, paltardəyişmə otağında hamıya sərbəst hərəkət imkanı yaradır, amma futbolçular dərk edirlər ki, Qurban müəllim bossdur.

Mənim kimi çətin adamı 10 il yanında oynatdı. Baş məşqçinin özünü futbolçulara həm insan, həm də məşqçi kimi qəbul etdirməsi çətin məsələdir. Ondan çox şey öyrəndim. Gələcəkdə məşqçi kimi Qurban Qurbanovun yetirməsi olaraq tanınmaq istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti