Qurban Qurbanov narahatdır: "Heç gözləmirdik ki…"

22 İyun 2020 00:42 Qarabağ 716
Qurban Qurbanov narahatdır: "Heç gözləmirdik ki…"

"Çox çətin dövrdür, iki gün əvvəl planlarımız başqa idi, indi tamamilə fərqlidir".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

Ağdam klubunu ardıcıl 7-ci dəfə ölkə çempionu edən təcrübəli mütəxəssis yay hazırlıq planı barədə tərəddüdlə danışıb. O, koronavirus pandemiyası səbəbindən vəziyyətin tez-tez dəyişməsinə diqqət çəkib:

"Heç gözləmirdik ki, yenidən belə karantin olsun və avqustun 1-nə kimi uzanacaq. Çox çətin situasiyadır. Son oyunumuzu martın əvvəlində oynamışıq. O vaxtdan iki yoxlama matçımız olub.

Avqustun 17-18-də Çempionlar Liqasında ilk oyunumuz olacaq. Ona qədər hazırlaşmağımız çox çətindir. Bunun üçün yaxşılığa doğru dəyişiklik olmalıdır.

Hansısa formada bizə məşq etməyə icazə verilsəydi, yaxşı olardı. Ölkə xaricinə çıxmasaq belə, burda hazırlıq əldə etmək olar. Digər klublarla yoxlama oyunları keçirməyimiz mümkündür.

İnanıram ki, ayın 5-dən sonra belə bir şərait yaradılar. Alınmasa, tam fərqli şeylər düşünməliyik. Çempionlar Liqasında oynayacağıqsa, düşünürəm ki, bizə heç olmasa, Bakıdan kənarda şərait yaradılacaq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”