Rəşad Sadıqov: "Özümü Qurban Qurbanova borclu hesab edirəm"

21 İyun 2020 12:40 Qarabağ 733
Rəşad Sadıqov: "Özümü Qurban Qurbanova borclu hesab edirəm"

”Futbolçu kimi son mövsümüm idi. Bundan sonrakı fəaliyyətim haqda bu günə olan düşüncəm məşqçiliklə bağlıdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri ”Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

38 yaşında futbolçu karyerasını bitirən müdafiəçi bundan sonra bütün diqqətini məşqçiliyə verəcək. Bu iş indi ona daha çox maraqlı gəlir: ”Məşqçi kimi karyeramı davam etdirəcəm”.

O, ”Qurban Qurbanov yanında qalmağınızı istəsə, eyni zamanda başqa klubdan baş məşqçilik təklifi alsanız hansını seçərsiz” sualını bu cür cavablandırıb:

”Qurban müəllim nə vaxt desə ki, yanımda ol, bu məsələ müzakirə olunmur. Son 20 ilin istedadlı futbolçularından hesab olunurdum. Ancaq onun rəhbərliyi altında oynayana qədər məqsədlərimə tam nail ola bilmirdim.

Kayeramda olmasaydı, bəlkə 32 yaşımda futboldan gedərdim. Buna görə də ona minnətdaram. Çoxlarının inanmadığı vaxtda mənə dəstək oldu. 6 qrup mərhələsi, 7 çempionluğa onun rəhbərliyi altında nail oldum.

Özümü Qurban Qurbanova borclu hesab edirəm. İstənilən bir yerdə də olsam, desə ki, gəl yanıma gələcəyəm. Müzakirələrimiz olacaq. ”Yanımda qal” desə, qalacam. Digər təkliflər müzakirə olunmur. Başqa heç bir təklifin önəmi olmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu