“Qarabağ” bunu necə bacardı?

20 İyun 2020 11:34 Qarabağ 571
“Qarabağ” bunu necə bacardı?

Azərbaycan çempionluğu elan olunan “Qarabağ” ardıcıl 7-ci dəfə bu titula yiyələnməyə müvəffəq olub.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi çempionluq seriyası davam edən klubların sıralamasında irəliləyib.

Qurban Qurbanov kollektivi 6 ildir ölkəsində qızıl medallara yiyələnən “Astana”, “Yohor Darul Tazim”, “İstiqlal” və “Zalsburq”u geridə qoymağı bacarıb. Adıçəkilən klublardan ilk üçünün çempionatında 2020-ci il mövsümü yeni start götürübsə, “Zalsburq” başa çatmaq üzrə olan Avstriya Bundesliqasına liderlik edir.

“Qarabağ” ardıcıl 7-ci çempionluq sayəsində APOEL-lə 3-cü pilləyə şərik olub. Onlar erkən başa çatdırılan Kipr liqasında 3-cü yeri tutduğundan, təmsilçimizin növbəti il APOEL-i geridə qoymaq imkanı olacaq. Bu baş verərsə, “Qarabağ”ın TNS-ə çatacağı da dəqiqdir. Çünki həmin komandanın ardıcıl 8 çempionluqdan sonra seriyası qırılıb.

Cari mövsüm çempionluğu rəsmiləşdirən “Bavariya” da sayı 8-ə yüksəldib. İtaliya və Bolqarıstanda 8 ildir qızılı heç kimə verməyən “Yuventus”la “Ludoqorets” isə hazırda davam edən mövsümün lideridir.

Ardıcıl çempionluq seriyası baxımından lider “Seltik”dir. Şotlandiyada cari mövsümü zirvədə tamamlayan komanda artıq sayı 9-a çatdırıb.

Davam edən çempionluq seriyaları:
“Seltik” (Şotlandiya) – 9 dəfə
“Yuventus” (İtaliya) – 8
“Ludoqorets” (Bolqarıstan) – 8
“Bavariya” (Almaniya) – 8
TNS (Uels) – 8
“Qarabağ” (Azərbaycan) - 7
APOEL (Kipr) – 7
“Astana” (Qazaxıstan) – 6
“Yohor Darul Tazim” (Malayziya) – 6
“İstiqlal” (Düşənbə, Tacikistan) – 6
“Zalsburq” (Avstriya) – 6

Digər Xəbərlər
Xəbər Lenti