"Qarabağ"dan qızıl alacaq

19 İyun 2020 16:56 Qarabağ 561
"Qarabağ"dan qızıl alacaq

Bosniyalı qapıçı Asmir Beqoviç Azərbaycan çempionu olub.

Sportinfo.az xəbər verir ki, 2019/20 mövsümünün birinci dövrəsini “Qarabağ”da keçirən təcrübəli qolkiper Premyer Liqamızda 10 oyunda meydana çıxıb.

Bu o deməkdir ki, yarışların əsasnaməsinə görə, Beqoviç də Ağdam klubunun oyunçusu kimi Azərbaycan çempionatının qızıl medalına layiq görülür.

Beqoviç 2019-cu ilin sentyabrında 4 aylıq icarə qaydasında “Qarabağ”a gəlib. Dekabrda isə o, komandanı tərk edib. Müqavilə ilə “Bornmunt”a (İngiltərə) məxsus olan Asmir yanvarda “Milan”a (icarə qaydasında) keçib.

Bundan başqa mövsümün birinci dövrəsini "Qarabağ"da keçirən, qışda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Baniyas" klubuna transfer edilən Riçard Almeyda da növbəti dəfə Azərbaycan çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı