"Qurban Qurbanov mənə jest etdi, az qala ağlayacaqdım, özümdən utandım"

19 İyun 2020 12:02 Qarabağ 849
"Qurban Qurbanov mənə jest etdi, az qala ağlayacaqdım, özümdən utandım"

Sportinfo.az xəbər verir ki, millimizin sabiq qapıçısı Kamran Ağayev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla aralarında olan söhbət haqda maraqlı açıqlama verib.

Kiper “Futbol+”ə müsahibəsində deyib ki, Qurban Qurbanov ötən il ona zəng vuraraq görüşmək istədiyini deyib:

"O, "Kamran, nə fikirləşirsən" soruşdu. Onda Asmir Beqoviçlə anlaşmamışdılar. Başa düşdüm ki, məni "Qarabağ"da görmək istəyir. Ancaq mən də kişiliyimə sığışdırıb "gələrəm" demədim. Dedim ki, əlim gipsdədi və gipsin açılması 5 ay çəkəcək. Ondan sonra da optimal formaya düşmək üçün 3 ay lazımdır.

Qurbanov vəziyyəti bilsə də, mənə jest etdi. Söhbətimizin sonunda "nə kömək lazım olsa, de, çəkinmə" söyləyib ayrıldı. Həmin an az qala ağlayacaqdım, çox dolmuşdum. Belə insanların qədrini bilmək, onlara yol açmaq lazımdır.

Karyeram ərzində bir neçə dəfə "Qarabağ"da oynamaq şansım olub. Lakin hər dəfə təklifi qəbul etməmişdim. Sonuncu dəfə Qurban müəllimin vəziyyətimi bilə-bilə, mənimlə söhbət etməsi bu insanın necə böyük ürəyə sahib olmasını göstərir. Özümdən utandım ki, yaxşı vaxtlarımda imtina etmişəm, çətin anda yenə o yanımda oldu, mənə diqqət ayırdı".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı