“Qarabağ“ın direktoru baş məşqçini nişan verdi: “Fikirləşmək olar”

18 İyun 2020 18:48 Qarabağ 1 436
“Qarabağ“ın direktoru baş məşqçini nişan verdi: “Fikirləşmək olar”

Türkdilli ölkələrin komandaları arasında yeni futbol turnirinin yaradılması ideyası ortaya atılıb.

Sportinfo.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının xarici əlaqələr komitəsinin üzvü Gürkan Teoman türkdilli ölkələrin klublarının “Turan kuboku” adı altında birləşməsini təklif edib.

Onun fikrincə, belə turnirin təşkili həm klubların beynəlxalq oyun təcrübəsini, həm də maddi gəlirlərini artıracaq. O, qeyd edib ki, “Turan kuboku” klublara teleyayın və reklam gəlirləri də qazandıracaq.

Yarışda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və başqa türkdilli xalqların komandalarının iştirakı planlaşdırılır. Bəs Azərbaycan klubları bu turnirdə iştiraka necə yanaşır?

İdeya ilə bağlı əvvəlcə “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəlini fikrini öyrəndik (Futbol+): “İdeya kimi bəyənir və dəstəkləyirik. Ancaq hələ ki bundan başqa bir söz deyə bilmərik. Turnirə qatılmağımızla bağlı ancaq bu ideya gerçəkləşəndən sonra danışmaq olar.

Hazırda bütün diqqətimizi çempionatı tamamlamağa yönəltmişik. İnşallah, buna nail olarıq. “Turan kuboku” haqda tarix və reqlament bəlli olandan sonra, baş məşqçimizin qərarına əsasən gələcəkdə fikirləşmək mümkündü”.

Digər Xəbərlər
Xəbər Lenti