Qurban Qurbanov ÖZƏLLƏŞDİRDİ - “Qarabağ”ın 8-ci, ardıcıl 7-ci çempionluğu

18 İyun 2020 15:04 Qarabağ 770
Qurban Qurbanov ÖZƏLLƏŞDİRDİ - “Qarabağ”ın 8-ci, ardıcıl 7-ci çempionluğu

AFFA İcraiyyə Komitəsinin bugünkü qərarına əsasən, koronavirus pandemiyasına görə, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası dayandırılıb.

Sportinfo.az xəbər verir ki, mövsümün qalibi hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib. Buna əsasən, ən yaxın izləyicisi “Neftçi”ni 8 xal qabaqlayan “Qarabağ” Azərbaycan çempionu elan edilib.

Bununla da “Qarabağ” çempionluq sayına görə “Neftçi”yə çatıb. Hazırda hər iki klubun ehtiyatında 8 dəfə Azərbaycan çempionluğu var.

“Neftçi” 1992, 1995–96, 1996–97, 2003–04, 2004–05, 2010–11, 2011–12, 2012–13 mövsümündə birinci yeri tutub. “Qarabağ” isə 1993, 2013–14, 2014–15, 2015–16, 2016-17, 2017-18, 2018-19 və 2019-20 mövsümü üçün Azərbaycan milli çempionatının qalibi olub. Bu, eyni zamanda Qurban Qurbanovun rəhbərliyi ilə “Qarabağ”ın ardıcıl 7-ci çempionluğudur.

Digər Xəbərlər
Xəbər Lenti